سئوگیلیم بو گون گؤروشومه گل

سنی گؤرمک تکجه موتلولوقدور منه بوردا

و خاطیرلات منه

یارالی شهریمیزی

ارگین ویرانه­لرینده

آختاردیغیمیز گونلری

بو گون گلسن، سنه سؤزلریم اولاجاق

یادییندامی­دیر تبریز موزه­سینده

       یان­یانا یاتمیش او سئوگیلی ایسکیلت­لری؟

گل ایکیمیز گؤی مچیدین آرخاسینداکی مزارلیغیندا یاتاق

و بیز ده اورداکی اؤلولر کیمی هایکیراق

               یا دا فرهاد کیمی

            شاه گؤلونون گؤلونده بوغولاق

بالیقلار بیزی گؤلون اوزونه گتیرسین

و جنازه­لریمیزی تشییع ائتسین­لر

                 بو شهرین دیری­لری اؤلسه ده

اؤلوله­ری دیری­دیر

                     سئوگیلیم سنه سؤزوم

    گل هئچ زامان اؤلمه­یک


90/5/28

تبریز زیندانی


sevgilim bu gün görüşümə gəl

səni görmək təkcə mutluluqdur mənə burda

və xatırlat mənə

yaralı şəhrimizi

Ərgin viranələrində axtardığımız günləri

bu gün gəlsən

sənə sözlərim olacaq

yadındamıdır Təbriz muzəsində

yanyana yatmış o sevgili iskiletləri?

gəl ikimiz Göy Məçidin arxasındakı məzarlıqda yataq

və bizdə ordakı ölülər kimi haykıraq

ya da Fərhad kimi 

Şahgölünün gölündə boğulaq

balıqlar bizi suyun üzünə gətirsin

və cənazələrimizi təşyi etsinlər

bu şəhərin diriləri ölsədə

ölüləri diridir

sevgilim sənə sözüm

gəl heç zaman ölməyək